"Biz küllərdən yenidən doğulub çıxan insanlarıq. Ən aşağı düşüb yenidən zirvəyə qalxa bilərik. Bizi heç bir qüvvə qorxuda bilməz". "Biz küllərdən yenidən doğulub çıxan insanlarıq. Ən aşağı düşüb yenidən zirvəyə qalxa bilərik. Bizi heç bir qüvvə qorxuda bilməz".

“Onlar çirkin oyunlar oynayır” - Mənsimovla məmurlar arasında qalmaqal

"Biz küllərdən yenidən doğulub çıxan insanlarıq. Ən aşağı düşüb yenidən zirvəyə qalxa bilərik. Bizi heç bir qüvvə qorxuda bilməz".


AzNews.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ANS-in Türkiyə bürosunun müxbiri Pərviz Sultansoya müsahibəsində bildirib.

Pərviz Sultansoyun - "Mübariz Mənsimov iflas dərəcəsinə çatıb. Nə baş verir? Həqiqətən də Mənsimov iflas olub?" sualına azərbaycanlı iş adamı belə cavab verdi:

"Dünyanın hər bir yerində qlobal bir kriz var - Azərbaycanda da, Türkiyədə də, Amerikada… Sözsüz, bu kriz Palmali Şirkətindən də yan keçməyib. Lakin bu, o demək deyil ki, biz iflasa uğramışıq! Palmali bu gün də dünyada ən böyük dənizçi şirkətlərindən biridir.

Sadəcə olaraq biz fəaliyyətimizin istiqamətini dəyişərək kənarda olan digər fəaliyyət növlərimizə və yan şirkətlərimizə yox, əsas işimiz olan gəmiçiliyə önəm verməyə başlamışıq".

Müxbirimizin - "Bəs onda bu qara piarın sifarişçisi kimdir, sizcə?" sualına Mübariz Mənsimov belə cavab verdi:

"Bizim içimizdə bir qısqanclıq var. Bu gün bu qısqanclıqları aşmalıyıq. Əgər bir azərbaycanlı iş adamı varsa, ona dəstək olmaq lazımdır. Ucuz sifarişlərlə, qara piarlarla məşğul olan insanları sadəcə gülərək keçirəm. Bu cür işlərlə məşğul olanlar bu gün Azərbaycan Prezidentinin yürütdüyü siyasətə zidd hərəkət edən və sərbəst rəqabətin qarşısını kəsən insanlardır.

Bu gün mənə və şirkətimə qarşı yönələn ittihamlar sadəcə olaraq bir neçə Azərbaycan məmurunun qara piarıdır. Mən çox gözəl bilirəm bunlar kimlərdir… Təəssüf ki, onlar çirkin oyunlar oynayır. Amma unutmasınlar ki, bu gün onlar əsassız sözlərlə məni ittiham edirlərsə, sabah mən əlimdə olan beynalxalq media resursları ilə onların çirkin işləri haqqında real sənəd və dəlilləri ortaya çıxara bilərəm. Sözsüz ki, mən belə çirkin oyunlar oynamıram, amma hər şeyin də bir həddi var. Mənim 4 uşağım var və bu gün qızım məndən qara piarda yazılanlar haqqında soruşanda mən məyus oluram, bilmirəm nə cavab verim. Belə vicdansızlıq olmaz!

Belə qara piardan axı Azərbaycan nə udacaq. Yazırlar ki, mən iflasa uğramışam - axı Azərbaycanın dünya miqyaslı, adlı-sanlı iş adamları olan Mübariz, İskəndər, Telman, Ağalarov və s. iflasa uğrasa, Azərbaycan bundan nə qazanacaq? Bunu yazanlar və ya sifariş edənlər bir dəfə olsa belə güzgü qarşısında durub özlərinə sual versinlər ki, "Mən Azərbaycan üçün nə etmişəm? Mənim Vətənim Azərbaycan üçün onlar nə ediblər? Təəssüf ki, belələri yalnız dağıda bilirlər…"

Gənc kadrların yetişəcəyini, gənc iş adamlarının sayının daha da artacağını söyləyən azərbaycanlı iş adamı bu proses daimidir və bunun qarşını heç bir qara qüvvənin ala bilməyəcəyini qeyd edib.

"Azərbaycan xalqı intellektual, zəngin və yaradıcıdır. Azərbaycanlılar ticarətin ustadıdır".

Bunlar bizə qarşı yox - Azərbaycanın başçısı olan möhtərəm Prezident İlham Əliyevin siyasətinə qarşı çıxış edirlər. Baxın, mən o gün İtaliyada idim və orada da Azərbaycanda tətbiq olunan ASAN sistemindən danışırdılar. Dünyada misli olmayan bu struktur bu gün Azərbaycanda Prezidentin korrupsiya ilə mübarizə siyasətinin bariz nümunəsidir. Cənab Prezident Ulu Öndərimiz Heydər Əliyevin düzgün siyasətini həyata keçirməkdə davam edir və bu yoldan kənarlaşan hər bir kəs xəyanətkardır. Bir neçə il əvvəl biz heç xəyalımıza gətirə bilməzdik ki, Bakıda Formula 1 yarışları, Avropa oyunları və digər beynəlxalq tədbirlər keçirilə bilər. Biz, xaricdə yaşayan azərbaycanlılar Prezidentin bu əməllərinin nəticəsini aydın görürük və qürur duyuruq. İn şa Allah qısa müddətdən sonra Qarabağ və digər torpaqlarımız da qayıdacaq.

Yazırlar ki, Palmali İŞİD-lə əməkdaşlıq edir - bu nə cəfəngiyyatdır. Nə İŞİD, nə Kürd, nə də ki digər siyasi qüvvələrlə mənim əlaqəm olmayıb və olmayacaq. Mənim balalarım var və sözsüz ki, mən də bütün normal insanlar kimi terrorizmə nifrət edirəm. Adam necə də cahil ola bilər. Axı bugünkü şəffaf dünyada ən ciddi biznes sferası olan neft daşıyan gəmilər beynalxalq nəzarət altındadır. Onlara tövsiyəm budur - internetdə Ship History şəbəkələrini tapsınlar və dəqiqəsinə qədər görsünlər ki, bizim gəmilər hansı dənizlərdə üzür və kimin neftini daşıyır. Axı Swiss Bank, Deutsche Bank, European Bank for Reconstruction and Development, BNP Paribas Bank və digər beynəlxalq maliyyə institutları Palmali ilə necə əməkdaşlıq edir, bizə bu günə qədər necə kreditlər verirlər. Bu savadsız insanlara mənim sadəcə yazığım gəlir.

ANS-in Türkiyə Bürosunun müxbiri Pərviz Sultansoyun "Azərbaycanda son Prezident seçkiləri zamanı xaricdə yaşayan Abbas Abbasov və bir sıra digər varlı azərbaycanlı iş adamları İlham Əliyevə qarşı təşkil olunan milyarderlər qrupunu yaratdılar. Mübariz Mənsimov isə bu qrupa qoşulmadı və indi isə niyəsə Abbas Abbasovun adını Mübariz Mənsimovun yanında səsləndirirlər" sualına sonuncu belə cavab verdi:

"Tamamilə düz deyirsiniz. Mən Abbas Abbasovu keçmiş Baş Nazirin müavini kimi tanıyıram. O ki qaldı Prezidentə qarşı hansısa hərəkətlər, bu bizim ailəmizin tərbiyəsinə ziddir, biz bu yolun adamları olmamışıq, deyilik və heç vaxt olmayacağıq. Sözsüz ki, Azərbaycan Dövləti bizə desə ki, biz dərnəklər yaradaq və ya Azərbaycançılıq ideyalarını təbliğ edək və dəstək olaq, biz bunu məmnuniyyətlə etməyə hazırıq və hər zaman etmişik də, amma kimlərinsə sifarişi ilə Azərbaycana və ya onun layiqli vətəndaşlarına qarşı nəsə etmək bizlik deyil!"

Bəli, mən Türkiyədə yaşayıram və burada vətənim üçün əlimdən gələni edirəm - minlərlə imkansız Azərbaycan ailələrinin balalarını burada oxutmuşuq, yüzlərlə Azərbaycandan gələn xəstələrə şəfa tapmağa yardımçı olmuşuq. Lakin bunu da mənə irad tuturlar. Mənə Türkiyədə işləməyimi irad tuturlar. Mən Azərbaycanda işləyə bilmərəm - hərə özünə monopoliya yaradıb - işləməyə imkan belə vermirlər. Lakin yaxşı hal budur ki, bu sahədə də Cənab Prezident İlham Əliyev reformalar aparır və sağlam biznesin inkişafına imkanlar yaradır. Məhz İlham Əliyevinin sayəsində bu gün də Azərbaycana inam var və biz də, xarici iş adamları da Vətənimizə sərmayələr qoymaqda davam edirik.