Mədəniyyət və Turizm Nazirliyi qanunsuz turizm fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib. Mədəniyyət və Turizm Nazirliyi qanunsuz turizm fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.

Nazirlikdən mehmanxana sahiblərinə - Xəbərdarlıq

Mədəniyyət və Turizm Nazirliyi qanunsuz turizm fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.


Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən bəzi mehmanxanalar rəsmi ulduz dərəcə sertifikatı almadan reklam çap məhsullarında, reklam roliklərində, veb səhifələrində və mehmanxanaların üzərində qeyri-qanuni ulduz dərəcəsi göstərərək istehlakçılara düzgün olmayan məlumatlar verirlər: "Bildirmək istəyirik ki, mehmanxanalara ulduz dərəcə sertifikatı AZS 745-2015 Dövlət Standartına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 3 il müddətinə verilir və bu müddət bitdikdən sonra mehmanxana yenidən müraciət edərək təsnifatdan keçməlidir."

Hazırda ölkəmizdə tətbiq olunan "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarlarının tətbiq edilməsi" AZS 745-2015 Dövlət Standartı Avropanın bir çox ölkələrində tətbiq olunan "Hotelstars Union Criteria 2015-2020" təsnifatına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə hazırlanmış və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının "14" dekabr 2015-ci il tarixli 150111500015 nömrəli Qərarı ilə təsdiq edilib".

Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən mehmanxana rəhbərlərindən qanunvericiliyin tələblərinə əməl etməyi, istehlakçılara dolğun və düzgün məlumat verməyi, qeyri-qanuni ulduz dərəcəsi göstərməməyi tələb edir.

Qeyd edək ki, hazırda ölkə ərazisində 106 mehmanxana və mehmanxana tipli obyekt təsnifatdan keçirilərək ulduz dərəcə sertifikatı verilib.

Report.az