Azərbaycandan bu il Həccə gedəcək zəvvarlar üçün ayrılan ucuz yerlər dolub. Azərbaycandan bu il Həccə gedəcək zəvvarlar üçün ayrılan ucuz yerlər dolub.

Həccə getmək istəyənlərin nəzərinə - Ucuz yerlər dolub

Azərbaycandan bu il Həccə gedəcək zəvvarlar üçün ayrılan ucuz yerlər dolub.


Qafqaz Müsəlmanları İdarəsindən AzNews.az-a verilən məlumata görə, VİP ziyarət növü üçün isə 60 yer hələlik boş qalıb. Bu yerlərə sənəd qəbulu davam edir.

Bundan başqa, bu il ilk dəfə olaraq sənədləri qəbul olunan zəvvarların xarici pasportları onlara səfərə yola düşən zaman hava limanında zəvvar qrupları rəhbərləri tərəfindən qaytarılacaq.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb.

Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. Bu il ilk dəfə olaraq azərbaycanlı zəvvarlar Həccə yalnız biometrik pasportla gedə biləcəklər.

Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq.

Bu il Azərbaycandan gedəcək zəvvarlar üçün say limiti ötənilkindən az - 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib.

Ziyarət zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təminat, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 4500 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlarda qalmaq isə 3500 dollardır.

Ziyarət haqqı bu il ilk dəfə olaraq bank vasitəsilə yox, nağd şəkildə QMİ-yə ödənilir.

Dolların kursuna görə builki ziyarət xərcləri ötən illə müqayisədə təxminən 1000 manata qədər bahadır. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Ötən il həm də Həcc ziyarəti kütləvi insan ölümü ilə nəticələnən hadisələrin baş verməsi ilə də yadda qalıb. Azərbaycanda

Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.