“Qafqaz” Universiteti Ali Neft Məktəbinin idarəçiliyinə verildi - Rəsmi

"Qafqaz" Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.


AzNews.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov məlumat verib.

"Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi. Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji hey-yət də fəaliyyətini davam etdirəcək", - deyə vitse-prezident qeyd edib.

Xatırladaq ki, "Qafqaz" Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edib. "Qafqaz" Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.