Qafqaz Universiteti ali məktəbin bağlanması qərarından təsirlənən tələbələrin, valideynlərin və digər şəxslərin sosial şəbəkələrdə müxtəlif yerlərdə toplanmaq, həmrəylik və ya etiraz nümayiş etdirmək kimi çağırışlarlarına münasibət bildirib. Qafqaz Universiteti ali məktəbin bağlanması qərarından təsirlənən tələbələrin, valideynlərin və digər şəxslərin sosial şəbəkələrdə müxtəlif yerlərdə toplanmaq, həmrəylik və ya etiraz nümayiş etdirmək kimi çağırışlarlarına münasibət bildirib.

Qafqaz Universitetinin rektorluğundan tələbələrə və valideynlərə - Çağırış

Qafqaz Universiteti ali məktəbin bağlanması qərarından təsirlənən tələbələrin, valideynlərin və digər şəxslərin sosial şəbəkələrdə müxtəlif yerlərdə toplanmaq, həmrəylik və ya etiraz nümayiş etdirmək kimi çağırışlarlarına münasibət bildirib.


Universitetin mətbuat xidmətindən verilən xəbərə görə, Qafqaz Universitetinin rektorluğu rəsmi olaraq bu kimi halların yolverilməz olduğunu bildirib. Rektorluq həmin şəxsləri dövlətin rəsmi qurumlarının qərarını gözləməyə və alınan qərar nə olacaqsa, ona əməl etməyə çağırıb.

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi bu gün Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib. Təhsil Nazirliyindən bildirilib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olduqdan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov isə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildiyini açıqlayıb. Qeyd olunub ki, tələbələr təhsilini olduğu kimi davam etdirəcək. Pedaqoji heyətin də fəaliyyətini davam etdirəcəyi bildirilib.

APA.az