Bakı şəhərini təmsil edən “İçərişəhər” klubu mövsümün qalibi oldu Bakı şəhərini təmsil edən “İçərişəhər” klubu mövsümün qalibi oldu

“Nar”ın dəstək olduğu “Brain Ring” bilik yarışının 7-ci mövsümü başa çatdı

Bakı şəhərini təmsil edən “İçərişəhər” klubu mövsümün qalibi oldu


"Brain Ring" intellektual müsabiqəsinin 7-ci mövsümü artıq başa çatdı.

AzNews.az-ın məlumatına görə, "Nar"ın ənənəvi olaraq dəstək olduğu bilik yarışına ölkənin 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 34 komanda qatıldı. Beş ay boyunca davam edən bilik mübarizəsindən sonra mövsümün qalibi Bakı şəhərini təmsil edən "İçərişəhər" klubu oldu.

"Nar" bütün iştirakçıları və qalibləri bu uğurlu layihədə iştirak münasibəti ilə bir daha təbrik edir.

Qeyd edək ki, "Nar" gənclərin maarifləndirilməsinə və intellektual fərdlərin formalaşmasına yönələn layihələri özünün Korporativ Məsuliyyət Strategiyası (KSM) çərçivəsində dəstəkləməyə davam edəcəkdir.