Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 21-24° isti, gündüz 25-30° isti olacağı gözlənilir. Bakıda gecə 22-24° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 26-31° isti, dağlarda gecə 10-14° isti, gündüz 17-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.