Azəri Gənclər Alyansı İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Erkən nikahlara-yox!” mövzusunda layihə çərçivəsində, Lənkəran və Lerik rayonlarında növbəti maarifləndirici tədbirlər uğurla həyata keçirilib. Azəri Gənclər Alyansı İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Erkən nikahlara-yox!” mövzusunda layihə çərçivəsində, Lənkəran və Lerik rayonlarında növbəti maarifləndirici tədbirlər uğurla həyata keçirilib.

“Erkən nikahlara-yox!” - Fotolar

Azəri Gənclər Alyansı İB Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Erkən nikahlara-yox!” mövzusunda layihə çərçivəsində, Lənkəran və Lerik rayonlarında növbəti maarifləndirici tədbirlər uğurla həyata keçirilib.


AzNews.az xəbər verir ki, layihə çərçivəsində, iyul ayının 23-ü Lənkəran rayonunda valideynlərlə ictimai dinləmələr, növbəti gün isə ekspertlər tərəfindən yeniyetmə qızlarla interaktiv üsullarla təlimlər keçirilib və iştirakçılarla ətraflı müzakirələr aparılıb. Daha sonra iyul ayının 26-da isə Lerik rayonunda valideynlərlə görüş və gənclərlə maarifləndirici tədbirlər keçirilib.

Statistikaya görə, erkən nikahlara ən çox məruz qalan cənub bölgələrindən olan Lənkəran və Lerik rayonlarında həyata keçirilən ictimai dinləmə və təlimlər zamanı Azəri Gənclər Alyansı İB-nin sədri L.Məmmədli "Erkən nikahlara-yox!" adlı layihəni açıq elan etdikdən sonra yeniyetmə və qadınlara dünyada geniş yayılmış erkən nikahlar haqqında ətraflı məlumat verib və bu problemin həlli yolunun məhz yaxşı təhsil alaraq vətənə nümunəvi vətəndaş olmaqdan ibarət olduğunu bildirib . Daha sonra isə ekspertlər tərəfindən maarifləndirici təlimlərin gedişində yeniyetmə gənclərlə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, tövsiyyələr verilib. Tədbirin sonunda isə iştirakçı gənclərə sertifikatlar və təbliğat materialları paylanılıb.

Qeyd edək ki, layihə çərçivəsində cari ilin may - avqust aylarında erkən nikahların geniş yayıldığı bölgələrdən olan Quba, Salyan, Lənkəran, Lerik rayonlarında 13-15 yaşlı gənc qızlar və valideyn-analarla təlim və ictimai dinləmələr keçirilib. Daha sonra isə bu mövzuda maarifləndirici sosial çarx hazırlanıb sosial media vasitəsilə ictimaiyyətə təqdim olunacaqdır.

Layihənin əsas məqsədi maarifləndirmə yolu ilə daha çox erkən nikahların müşahidə olunduğu rayonlarda 11-15 yaşlı qızların və qızları zorla ərə verməyə çalışan valideynləri erkən nikah qurmaqdan çəkindirmək və nəticədə Azərbaycanda erkən nikah probleminin azalmasına nail olmaqdır.