Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar. Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar.

Gömrükdə narkotik əməliyyatı - Psixotrop maddə aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşını saxlayaraq üzərində şəxsi yoxlama aparıblar.


Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin daxili orqanından (mədəsindən) 23 ədəd bükümdə xalis çəkisi 81,876 qram olan narkotik vasitə - heroin, 3 ədəd bükümdə isə xalis çəkisi 5,019 qram olan metamfetamin adlı psixotrop maddə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.