- Köhnə - Cəmiyyət
- 10 Oktyabr 2016 17:29
- 12 694
Əndamlı olmağın daha bir yolu – Bunu 7 gündən bir cəmi 4 dəfə etsəniz…
Onu arıqlamada və dərinin sıxlaşdırılmasında ən son texnologiya hesab edirlər. Və texnologiyanın bu yeniliyi artıq “Sultan Saba”da xanımların xidmətindədir.
AzNews.az xəbər verir ki, söhbət sağlam arıqlamağın ən optimal variantlarından olan, elmi araşdırmalar nəticəsində də sübut olunan "Exilis" aparatlarından gedir. Dəri toxumalarının ən dərin qatlarınadək təsir edən aparat onun elastikliyini bərpa, yenilənməsini təmin edir. Yağ hüceyrələrinin miqdarını azaldaraq tətbiq edildiyi ayrı-ayrı nahiyələri arıqladır, dərini sıxlaşdırır. Cürbə-cür başlıqları olan aparat isitmə funksiyası sayəsində dərinin özünü tamamilə bərpa etməsinə kömək edir.
Tam təhlükəsizdir…
"Exilis" aparatlarından istifadə asan və təhlükəsizdir. Belə ki, dəfələrlə keçirilən klinik testlər göstərib ki, bu aparatlarla aparılan proseduraların nəinki hər hansı əks təsiri yoxdur, hətta estetik müdaxilələr zamanı xüsusi üstünlükləri var.
Aparat elektromaqnit şüaları ilə də təmin edilib və bu da ən dərin qatlardakı toxumaya təsir etməyə imkan verir. Beləliklə, ultrabənövşəyi şüalar və radio dalğaları ən dərin qatlardakı toxumanı, soyutma sistemi isə dərinin üst təbəqəsini müalicə edir. Başqa sözlə, "Exilis" bir yandan ən dərin yağ təbəqəsini hədəf götürür, digər yandan da üst təbəqəyə toxunaraq soyutma (contactcooling) funksiyası sayəsində dəri istiliyini tənzimləyir və sağlam dərini qoruyur.Yağı parçalayaraq hüceyrələri müalicəyə hazırlayır. Tətbiqi sayəsində orqanizmdə yağ hüceyrəsinin həcmi nəzərəçarpacaq dərəcədə azalır. Müalicəsinin təkrarlanması da risk daşımır. Nəticə etibarilə tam və sürətli şəkildə vücudu yenidən formalaşdırır.
"Exilis"lə 1 saat nəzərdə tutulan hər seansdan sonra gündəlik fəaliyyəti tam bərpa etmək mümkündür. 7 – 10 gündən bir həyata keçirilən seanslardan sonra dəyişiklik mütləq hiss olunur. 4– 6 seansdan sonra isə tam nəticə əldə edilir.
Özün qərar ver
"Exilis"in tətbiq edildiyi nahiyələr müxtəlifdir. İki müxtəlif başlığı sayəsində həm bədənə, həm də üzə tətbiq edilən bu aparatlarla müdaxiləyə nə zaman zərurət yaranır, bilirsinizmi?
Qolunuzda əzələ boşalması, sallanması və artıqlıq hiss edirsinizsə. Yaxud qarın, göbək və yanlardakı, xüsusən, bel nahiyəsində toplanan yağ, o cümlədən mədə, qarın və qarnın altındakı artıqlıqlar olduğu zaman tətbiq edilə bilər. Kürəkdə əmələ gələn çıxıntılar və yağ qalıqları, ombanın qaldırılması və bərkidilməsində, ayaqların arxasında toplaşan yağ hissəcikləri və sellülit zamanı aparatların müdaxiləsi işə yarayır. Ayaqların ön və arxa hissələrində elastikliyin itirilməsi ilə əlaqədar olaraq, yağ toplanması və dalğalanmalarda da "Exilis" müsbət nəticə verir.
"Exilis" xüsusi başlığıyla üz, boyun, dekolte və əllərin qırışlarının açılmasına kömək edir.
Qeyd edim ki, "Exilis" sadəcə qadınlara deyil, kişilərə tətbiq zamanı da müsbət nəticələr verir. Məsələn, kişilərdə sinə yağlanması zamanı "Exilis" seansları məsləhət görülür və uğurlu nəticə əldə edilir.
Üzə gəlincə, "Exilis" alında incə və dərin çizgiləri azaldır, hətta tamamilə aradan qaldırır.
Gözaltı torbalanma və kölgələri yox etmək üçün də bu aparat vazkeçilməzdir. Hətta gözün ətrafındakı mimic qırışları və qazayağını belə azaldır, düşük qaşları qaldırır. Dodaqətrafındakı, boyundakı qırışları azaldaraq yox edir.
Bütün bunların sizdə olub-olmadığına, ən əsası, sizi narahat edib-etmədiyinə özünüz qərar verin. "Exilis"lə bir neçə dəfəyə qüsursuz gözəlliyə sahib ola bilərsiniz.
Üstünlükləri
Etibarli, təsirli, həssas və ağrısız bir üsul sayılan "Exilis" bütün dəri tiplərində uğurla tətbiq edilir.Üstəlik, tətbiqindən dərhal sonra insan gündəlik həyatına davam edir. İstifadəsi son dərəcə asan olan aparatın təsiri yüzlərlə insan üzərində sübut olunub. Orqanlara zərərinin olmadığı tam təsdiq edilib. Yəni heç bir ziyan vurmadan orqanizmdəki yağ hüceyrələrini əməliyyatsız yox edərək vücudu ağrısız formalaşdırır. Dəridəki kollagen lifləri yeniləyərək sayını artırdığı da təsdiq olunan təsirləri siyahısındadır.
"Exilis" günümüzün ən təsirli bədən formalaşdırırcı və dəri sıxlaşdırıcı üsulları özündə birləşdirən və eyni vaxtda tətbiq edən son texnologiyadır.
Məmnun qalanlardan biri də siz olun
Beləliklə, " Exilis" arzu olunmayan yağları azaldır, dərini sıxlaşdırır,qırışları açır, üzü dartır, dərini parladır.
Biri vücud, digəri üz üçün nəzərdə tutulan iki fərqli başlığı sayəsində bütün bədəndə istifadə edilir və qısa vaxtda verdiyi yüksək nəticəsi ilə istifadəçilərin məmnumiyyətini qazanır. Amerikada dəri sıxlaşdırma və arıqlama vasitəsi kimi ən çox tətbiq edilən üsullardan olan "Exilis" qısa zamanda sizin də qüsursuz bədən quruluşunuzun memarı ola bilər. Unutmayın, gözəl əndama sahib olmaq əlçatmaz deyil.