- Köhnə - Cəmiyyət
- 7 Dekabr 2012 12:51
- 4 388
İcra başçısı qadını həbs etdirdi - EKSKLÜZİV

Bu barədə məlumatı AzNews.az-a Ş.Səfərəliyevanın yaxınları verib. Hakim İlahə Abbasovanın sədriliyi ilə keçirilən məhkəmə iclasında Şəfəq Səfərəliyevanın 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarılıb. Ş.Səfərəliyeva məhkəmə zalından həbsxanaya aparılıb.
Məlumat üçün bildirək ki, Ş.Səfərəliyeva icra başçısının ona təcavüz etdiyinə dair mətbuatda çıxış etmişdi. Bundan sonra icra başçısı Yasamal rayon məhkəməsinə müraciət edərək Ş.Səfərəliyevanın ona böhtan atdığını bildirib. Ş.Səfərəliyeva məhkəmədə bütün faktları təqdim etsə də, qərar onun əlehinə olub.
Elnarə Əlosmanqızı
AzNews.az