- Köhnə - Cəmiyyət
- 23 Noyabr 2016 23:30
- 6 762
Nazir görüş keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11:00-da vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, qəbulda yalnız Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
AzNews.az