Dekabrın 9-da Saatlı, İmişli və Sabirabad rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq. Dekabrın 9-da Saatlı, İmişli və Sabirabad rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq.

Sabah bu rayonlarda qaz olmayacaq

Dekabrın 9-da Saatlı, İmişli və Sabirabad rayonlarının təbii qaz təchizatı məhdudlaşdırılacaq.


AzNews.az xəbər verir ki, SOCAR-ın mətbuat xidmətindən yayılan məlumata görə, sabah saat 9:00-dan 18:00-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Sabirabad", "İmişli", "Axundov", "Saatlı", "Qaracalar", "Otuzikilər" və "Əlillər" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Saatlı, İmişli və Sabirabad rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.