Yaxın vaxtlarda Azərbaycan və Rusiyanın dövlət sərhədinin demarkasiyası prosesi başlayacaq. Yaxın vaxtlarda Azərbaycan və Rusiyanın dövlət sərhədinin demarkasiyası prosesi başlayacaq.

Dövlət sərhəddinin demarkasiyası prosesi başlayacaq

Yaxın vaxtlarda Azərbaycan və Rusiyanın dövlət sərhədinin demarkasiyası prosesi başlayacaq.


Bu açıqlamanı APA-ya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov verib. Onun sözlərinə görə, bununla əlaqədar ölkə prezidentinin tapşırığı var: "Artıq qərar verilib, proses yaxın vaxtlarda başlanacaq".

Komitə sədri deyib ki, Azərbaycanın Gürcüstanla sərhədinin delimitasiyası prosesi də davam edir: "Gürcüstanla Azərbaycan sərhədi 480 kilometrdir. Onun 300 kilometri razılaşdırılıb. 180 kilometr ərazi isə komissiya səviyyəsində baxılaraq sənədləşdirilib. Hazırda Gürcüstan tərəfindən diplomatik kanallarla dəvət gözləyirik. Dəvət olanda komissiya səviyyəsində danışıqlar aparılacaq".

AzNews.az