Türkiyədə qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Türk Hava Yolları" aviaşirkəti 34 reysi təxirə salıb. Türkiyədə qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Türk Hava Yolları" aviaşirkəti 34 reysi təxirə salıb.

Bakıdan İstanbula uçan aviareyslərdə heç bir təxirə salınma yoxdur - Rəsmi açıqlama

Türkiyədə qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Türk Hava Yolları" aviaşirkəti 34 reysi təxirə salıb.

“Azərbaycan Hava Yolları” QSC-nin ictimayyətlə əlaqələr üzrə nümayəndəsi Paşa Kəsəmənski AzNews.az-a açıqlamasında bildirdi ki, bu təxirə salınmalar Bakıdan İstanbula həyata keçirilən avireyslərə şamil edilməyib.

Belə ki, bu gün səhər Bakıdan İstanbula uşan təyyarə 5.28-də “Atatürk” hava limanına uğurlu eniş edib.

Qeyd edək ki, bu gün bir neçə yerli sayt Bakıdan İstanbula uçan təyyarə reyslərinin ləğv edilməsi ilə bağlı xəbər yayıb.