Rusiyanın “Telekafe” kanalında yayımlanan “Puteşestvie za vkusom” verilişinin 8 yanvarda efirə gedən “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb. Rusiyanın “Telekafe” kanalında yayımlanan “Puteşestvie za vkusom” verilişinin 8 yanvarda efirə gedən “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb.

Ermənilərin növbəti oğurluğu - Müəllif Hüquqları Agentliyi açıqlama yaydı

Rusiyanın “Telekafe” kanalında yayımlanan “Puteşestvie za vkusom” verilişinin 8 yanvarda efirə gedən “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb.

Müəllif Hüquqları Agentliyindən AzNews.az-a verilən məlumata görə, qurum bu iddialara cavab verib.

Agentliyin məlumatında deyilir: “Sən gəlməz oldun” adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir. Musiqisi bəstəkar Ə.Tağıyevə, sözləri isə Mədinə Gülgünə aid olan “Sən gəlməz oldun” mahnısı 1973-ci ilin 15 mart tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqi kimi tanınır.

Bütün arxiv sənədlərindən də göründüyü kimi, "Sən gəlməz oldun" mahnısı Azərbaycan müəlliflərinə məxsusdur və ermənilər yalnız bu mahnının musiqisini ifa edirlər. Lakin mahnının müəlliflərinin adlarının və mənşəyinin göstərilməməsi ermənilər tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənilərin başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır.

Rusiyada aşkar olunan «the art of armenian duduk» («Maqiçeskiy Duduk») adlı bir diskdə erməni ifaçısı Civan Qasparyanın ifa etdiyi kompozisiyalar toplanıb. Bu topluda oğurlanmış əsərlərin siyahısında Tofiq Quliyevin “Sənə də qalmaz”, Rauf Hacıyevin “Saçlarına gül düzüm”, Cahangir Cahangirovun “Ay qız”, Emin Sabitoğlunun “Neyləyim”, Ələkbər Tağıyevin “Sən gəlməz oldun”, Eldar Mansurovun “Melodiya” və “Gecə zəngləri” kimi məşhur musiqi əsərləri vardır.

Bununla yanaşı lisenziyasız toplularda məşhur Azərbaycan balabançısı Əlixan Səmədovun çox gözəl albomu, həmişə olduğu kimi “yaxşı erməni musiqisi” adı altında təklif olunur. Kompozisiyaların rus dilində göstərilmiş adları: “Tı ne prişla”, “Svetlovolosaya nevesta”, “Ne prişla”, “Lirika”, “Ayvovıy tsvetok” ermənilər tərəfindən qoyulmuş elə həmin kiçik yaradıcılıq elementidir. Axı, söhbət elə Ə.Tağıyevin “Sən gəlməz oldun” mahnısından, “Sarı gəlin”, “Gəlmədin” Azərbaycan xalq mahnılarından, “Mirzeyi” və “Heyva gülü” Azərbaycan rəqs havalarından gedir. Təbii ki, plagiatçılar nə kompozisiyalarının mənşəyini, nə də onun əsil ifaçılarını göstərmirlər.

Ələkbər Tağıyevin vərəsəsi, oğlu Xaliq Tağıyev də qeyd edilən musiqinin ifa olunması üçün ifaçı C. Qasparyan tərəfindən onlardan icazə alınmadığını bildirib.

Ümumiyyətlə Ə. Tağıyevin “Sən gəlməz oldun” mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi “Byanka” adı ilə tanınan Tatyana Eduardovna Lipniçkaya və Özbəkistan müğənnisi “Soqdiana” adı ilə tanınan Oksana Vladimirovna Neçitaylo Azərbaycan bəstəkarı Ə.Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisindən qeyri-qanuni istifadə ediblər. Həmin vaxt da Müəllif Hüquqları Agentliyi məsələnin həllində səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirib, Belarus və Özbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparıb.

Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.

Qeyd edilən faktlarla bağlı Müəllif Hüquqları Agentliyi tərəfindən mübarizə aparılıb və bu iş indi də davam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılıb, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.