Avstraliyadan olan alimlər xərçəngin müalicəsində inqilabi texnologiya icad ediblər. Yeni texnologiya şişli hüceyrələri selektiv şəkildə hədəfə almağa imkan verir.
Aznews.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Melburnda yerləşən RMIT Universitetindən olan tədqiqat qrupu əmin edir ki, “nanodotlar” adlandırdıqları son dərəcə kiçik metal hissəciklər insan orqanizmində xərçəngli hüceyrələri müəyyənləşdirib məhv etmə qabiliyyətinə malik ola bilər və bu, hədəfli müalicələr üçün yeni imkanlar açır.
Tədqiqat hələ ilkin mərhələdədir və indiyədək yalnız laboratoriya şəraitində yetişdirilmiş hüceyrələr üzərində sınaqdan keçirilib. Heyvanlar və ya insanlar üzərində sınaqlar aparılmayıb.
Bununla belə, əldə olunan nəticələr xərçəng hüceyrələrində mövcud olan boşluqlardan faydalanmağın effektiv yeni strategiyayasının formalaşdığını deməyə əsas verir.
Aznews.az