Zəncirvari qəzalarda dəyən ziyanı kim ödəməlidir? – VİDEO

Avtonəqliyyat qəzaları zamanı bəzən sürücülər və sığorta şirkətlərinin mütəxəssisləri arasında anlaşılmazlıqlar yaranır. Bu kimi hallar əsasən zəncirvari qəzalarda baş verir.

AzNews.az ARB-ə istinadən xəbər verir ki, dəymiş ziyanın kim tərəfindən ödənilməsi mübahisə doğurur. Sürücü iddia edir ki, zərəri sığorta şirkəti ödəməlidir. Amma bir sıra hallarda ödənişi sürücü özü edir.

Mütəxəssis Bibiqulu Ramazanov bildirib ki, İcbari sığortada əmlaka dəyən zərər əmlaka dəyən zərərə görə cəmi 5 min manat pul ayrılır. Baxmayaraq ki, 55 min manatdır, amma onun 50 mini insanlara görə ayrılır. 20 min manatlıq zərər dəysə, onun 5 minini sığorta şirkəti ödəyir, digər qalan məbləği isə zərərçəkənlər məhkəmə yolu ilə sürücüdən tələb edə bilərlər.

Əgər sürücü sərxoş və ya sürücülük hüququ olmadan avtomobil idarə edərkən qəza törədibsə, qarşı tərəfə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilir. Sonra sözügedən şirkətin ödədiyi məbləğ şirkət tərəfindən məhkəməyə müraciət olunaraq sürücüdən alınır.

DYP-nın əməkdaşı Rəşad Həbibovun sözlərinə görə, qəza törədib hadisə yerindən qaçan sürücülər 327.6 maddəsi ilə 100 manat və 4 balla cərimələnirlər. Əgər sığortası varsa, zərər verdiyi avtomobilin 5 manatlıq zərərini qarşılamalıdır.

Ümumilikdə qəza yerinin ekspertiziyasını DYP-nın əməkdaşları həyata keçirir. Verilən qərara əsasən sığorta şirkətləri zərərçəkənlərə konpensassiya ödənişi edirlər. Bu mütəxəssislər DYP-nın qərarlarına etiraz edə bilməz.