Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lənkəranda məktəb direktorunun müavinini avtomobil vurub - Foto

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran şəhərində, akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, Ələkbər Qiyas oğlu Bəşirov rayon ərazisində taksi kimi fəaliyyət göstərən "VAZ-2107" markalı 42 BO 477 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ona kəllə-beyin travması və aşağı ətraflarda sınıq diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ə.Bəşirov Lənkəran şəhər 10 saylı məktəbin direktor müavinidir.