Lənkəran şəhərində banka basqın edilib. Lənkəran şəhərində banka basqın edilib.

Kredit təşkilatının pulları oğurlandı - Azərbaycanda

Lənkəran şəhərində banka basqın edilib.

APA-nın cənub bürosunun məlumatına görə, ötən gecə şəhərin M.Nəsirli küçəsi ilə İ.Səmədzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən “Viza Kredit” MMC bank olmayan kredit təşkilatının ofisindən içində qurumun pul vəsaitləri saxlanılan seyfi naməlum şəraitdə oğurlanıb.

Hadisə barədə Lənkəran rayon Polis Şöbəsinə məlumat verilib və araşdırmalara başlanılıb.

Seyfin içindəki vəsait barədə açıqlanma verilmir. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.

AzNews.az