"Azərbaycan müsəlman ölkələrinin vahid hərbi birik yaratmaq təşəbbüsünə heç vaxt qoşulmaz" "Azərbaycan müsəlman ölkələrinin vahid hərbi birik yaratmaq təşəbbüsünə heç vaxt qoşulmaz"

Dadaş Rzayev İranın hərbi birlik təklifini “topa tutdu“

"Azərbaycan müsəlman ölkələrinin vahid hərbi birik yaratmaq təşəbbüsünə heç vaxt qoşulmaz"




"Müsəlman ölkələrinin vahid hərbi birliyinin yaradılması real deyil." Bunu SalamNews-a sabiq müdafiə naziri, Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Dadaş Rzayev "İranın müdafiə naziri Əhməd Vahidinin müsəlman ölkələrini vahid hərbi birik yaratmağa çağırmasına" münasibət bildirərkən deyib.

D.Rzayev vurğulayıb ki, bu, İranın müəslman ölkələrinə növbəti təsiridir. Əgər İran doğurdanda belə bir qrumun yaradılmasını təklif edirsə, bəs nəyə görə Ermənistana kömək edir? İslam ölkələrindən biri də Azərbaycandır və onun torpaqlarınln 20 faizi Ermənistan tərəfindən işğal olunub. Çox sayda qaçqın və məcburi köçkün, şəhid var. İran bizə kömək etmək əvəzində, Ermənistana dəstək verir.

Onun sözlərinə görə, Azərbaycan bu təşəbbüsə heç vaxt qoşulmaz: "Bu, bizə lazım deyil. Suriya kimi ölkədən başqa, heç bir müsəlman ölkəsinin bu ideyaya qoşulmaq barədə müsbət rəy verəcəyinə inanmıram."

AzNews.az