AHK-nin baş katibi Lordlar Palatasının üzvü ilə görüşdü




Azərbaycan Hüquqşunasları Konfederasiyasının (AHK) baş katibi Kamal Cəfərov Beynəlxalq Vəkillər Assosiyasının Londonda təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində Lordlar Palatasının üzvü Barones Helena Kennedi ilə görüşüb.

Görüş zamanı K.Cəfərov Azərbaycanda aparılan mütərəqqi hüquq islahatları barədə Barones Kennedini məlumatlandırıb. Həmçinin müzakirələr zamanı Böyük Britaniya və Azərbaycan hüquq əməkdaşlığının inkişafına dəstək xarakterli tədbirlərin əhəmiyyəti vurğulanıb.

AHK-ın baş katibi qeyd edib ki, bu il ərzində həm Londonda həmçinin Bakıda iki ölkənin hüquq cəmiyyətinin arasında sıx əlaqələrin qurulmasına dəstək məqsədli bir sıra tədbirlər nəzərdə tutulub.

AzNews.az