“Belə məsələlərin qarşısının alınması üçün ilk növbədə Azərbaycan diplomatları, məmurları fəal olmalıdır.” “Belə məsələlərin qarşısının alınması üçün ilk növbədə Azərbaycan diplomatları, məmurları fəal olmalıdır.”

"Azərbaycan diplomatları xaricdə alverlə deyil, işlə məşğul olsunlar"- Eyyub Hüseynov

“Belə məsələlərin qarşısının alınması üçün ilk növbədə Azərbaycan diplomatları, məmurları fəal olmalıdır.”

Bunu AzNews.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Moskva şəhərinin hava limanlarında Ermənistan istehsalı olan “Karabakh” araqlarının satışına münasibətində deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi quruma “Karabakh” araq məhsulları ilə bağlı hər hansı şikayət daxil olmayıb.

Eyyub Hüseynov belə məsələlərdə Azərbaycan diplomatlarının səslərini çıxarmamaqda qınadı: “4 il əvvəl Vaşiqtonda ermənilər Azərbaycan əlehinə material paylayırdılar. Zəng etdim ki, gəlib bu məsələnin qarşısını alsınlar. Gəlmədilər. Azərbaycan diplomatları xaricdə alverlə deyil, işlə məşğul olsunlar. Vətəndaş zəng edəndə ona reaksiya versinlər. Cəmiyyət kimi Azərbaycan diplomatları da bu məsələlərə hazır olmalı və birgə mübarizə aparmalıdırlar”.

Bahar RÜSTƏMLİ

AzNews.az