Bu yol sürücü və piyadalar üçün təhlükəlidir - Video

Paytaxtın Buzovna-Bilgəh yolunda sürət həddi yüksək olmasına baxmayaraq, piyada keçidləri çox uzaqdadır.

AzNews.az Xezerxeber-ə istinadən xəbər verir ki, vətəndaşlar dəmir arakəsmələrin üzərindən keçməklə qarşı yola çıxırlar. Nəticədə də bu ərazidə tez-tez piyadaların vurulması ilə nəticələnən qəzalar baş verir.

Saatda 120 kilometr sürət tətbiq edilən yolda vətəndaşlar qarşı tərəfə bu cür keçirlər. Sözügedən ərazi paytaxtın Xəzər rayonu Buzovna-Bilgəh yolunun Buzovna qəsəbəsinə giriş hissəsidir. Ərazidə yaşayan sakinlər deyir ki, əvvələr bu yolda piyada zolağı olub. Ancaqsonradan piyada zolağı silinərək yol dəmir arakəsmələrlə bağlanıb. Ərazidə çəkiliş apardığımız zaman həqiqətən də bu yolda sürücü və piyadalar üçün təhlükə olduğunun şahidi olduq.Vətəndaşlar qarşı tərəfə dəmir arakəsmələrin üzərindən keçməklə gedirdilər. Cunku ən yaxın piyada kecidi -800-900 metr uzaqlıqdadır.

Ərazidə yaşayış evlərin və məktəbin olması qəza rıskını daha da artırır. Bununla yanaşı, yolun hər iki tərəfində avtobus dayancağı da qoyulub. Avtobusdan düşən sərinişinlər yolu keçməkdə çətinlik çəkirlər. Elə bunu sürücülər də etiraf edir.

Məsələ ilə bağlı “Azəravtoyol” Açıq Səhimdar Cəmiyyətindən bildirildi ki, ümumilikdə paytaxt yollarında piyada keçidlərinin tikilməsi ilə bağlı Nazirlər Kabinetinin Yol hərəkəti təhlükəsizliyi komısiyasına təkliflər verilib. Artıq 12 piyada keçidinin tikintisinə start verilib. Həmin yolun üzərində də piyada keçidinin tikilməsi nəzərdə tutulur.