Neftçalanın baş memarı açıqlama verdi Neftçalanın baş memarı açıqlama verdi

“Kəmaləddin Heydərovla qohum deyiləm”-AÇIQLAMA

Neftçalanın baş memarı açıqlama verdi





Ötən gün bəzi KİV-də Neftçala rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin müdiri, baş memar Rüstəm Tahirovun "Toyota Prado" markalı avtomoblinin yandırıldığına dair xəbərdən sonra, gün ərzində bu rayonda xalq etirazlarının baş qaldırdığı kimi söz-söhbətlər yayılmağa başladı. Gün ərzində bu istiqamətdə ara-sıra gələn xəbərlər təsdiqini tapmadan geniş yayıldı.

SİA-nın xəbərinə görə, baş memar açıqlama verərək bildirib ki, mənim avtomoblim 28 yanvar tarixdə gecə saat 03:02 radələrində güclü enerji verdiyindən alışıb yanıb: "Yanğın nəticəsində avtombilin ön hissəsi yanıb, qalan hissəsi isə xəsarət almayıb. Avtomobilin kimlərsə tərəfindən yandırılması yanlış informasiyadır. Avtomobilimin yanmasının səbəbkarı özüm olduğum üçün hüquq mühafizə orqanlarına müraciət etməmişəm".

Sahibkarların narazılığına gəldikdə isə Tahir Rüstəmov bildirib ki, Neftçala rayonun mərkəzində Heydər Əliyev prospektində yaşıllıq zonasında ağacların arasında tikilən 24 ədəd mağaza qanunsuz olduğu üçün vətəndaşların razılığı ilə sökülərək başqa əraziyə köçürülməsi üçün yer verilib. Yeni tikilən bütün mağazaların səndələrini qanuna müvafiq olaraq mağaza sahiblərinə təqdim edilib.
"Mənim nazir Kəmaləddin Heydərovla sinif yoldaşı olmağım yalandır. Mən K.Heydərovu bir nazir kimi tanıyıram, bundan əlavə heç bir qohumluq və tanışlıq əlaqəmiz yoxdur", - deyə şöbə müdiri sözlərinə əlavə edib.