Xorvatiyanın müdafiə naziri Azərbaycana səfərə gələcək

Xorvatiyanın müdafiə naziri Davor Bozinovic Azərbaycana səfərə gələcək.Bu barədə SalamNews-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 6-da baş tutacaq ikigünlük səfər çərçivəsində Xorvatiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirələr olunacaq. Nazir Davor Bozinovic Bakıda müdafiə naziri Səfər Əbiyevlə görüşü planlaşdırılır.

Səfər NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində baş tutacaq.