“Xanımların 65 yaşında pensiyaya göndərilməsi çox tezdir.” “Xanımların 65 yaşında pensiyaya göndərilməsi çox tezdir.”

"Qadınlar pensiyaya 75 yaşında göndərilsin"- Xalq artistindən Hadı Rəcəbliyə dəstək

“Xanımların 65 yaşında pensiyaya göndərilməsi çox tezdir.”

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, rəqqasə Təranə Muradova deyib. Onun sözlərinə görə, hər bir özünəbaxan Azərbaycan qadını gec qocalır: “Sənətə bağlı rejissor, aktyor, bəstəkar, rəqqasə, həkim, müəllim kim olursa, olsun, onlar üçün 65 yaşında pensiyaya çıxmaq tezdir. Onlar 70-75 yaşına kimi işləyə bilərlər. Məsələn, Cənnət Səlimovanın 77 yaşı var. Gözəl rejissordur, bu günə kimi fəaliyyətdədir, bir-birindən fərqli tamaşaları, quruluşları var. Bütün cavanlardan çox işlər görür. O, bu gün Azərbaycana lazım rejissordur. Bundan əlavə Afaq Məlikova, Roza Cəlilova və başqaları sənətə, səhnəyə bağlı insanlardır. Onlar 75 yaşına kimi işləyə bilər.”

Təranə Muradova Milli Məclisin deputatı Hadı Rəcəbli ilə tamamiylə razılaşdığını vurğulayıb:

“Qafqaz qadınlarının ömrü çox uzundu.”

Milli Məclisin deputatı Hadı Rəcəbli vətəndaşların pensiya üçün yaş müddətinin 65-ə qaldırılması təklifi ilə çıxış edib. O, bunu insanların ömrünün uzanması ilə əlaqələndirib.

Bahar RÜSTƏMLİ

AzNews.az