Bu gün demək olar ki, bütün ailələrdə valideynlər uşaqların internet asılılığından şikayət edir. Ancaq, əsl təqsirkarın uşaqlarını mediadan uzaq tutmaları barədə öyüdlər verən valideynlərin ola biləcəyini heç düşündünüzmü? Bu gün demək olar ki, bütün ailələrdə valideynlər uşaqların internet asılılığından şikayət edir. Ancaq, əsl təqsirkarın uşaqlarını mediadan uzaq tutmaları barədə öyüdlər verən valideynlərin ola biləcəyini heç düşündünüzmü?

Uşaqların internet asılılığının əsl səbəbkarı kimdir?

Bu gün demək olar ki, bütün ailələrdə valideynlər uşaqların internet asılılığından şikayət edir. Ancaq, əsl təqsirkarın uşaqlarını mediadan uzaq tutmaları barədə öyüdlər verən valideynlərin ola biləcəyini heç düşündünüzmü?

AzNews.az faktxeber.com-a istinadən bildirir ki, texnika əsrində internet, noutbuk, tablet və ən əsası ağıllı telefonlar hər kəsin gündəlik həyatının əvəzolunmaz bir parçasıdır.

Asılılıq yaratma riski yüksək olan bu yeni media texnologiyalarının ailə üzvləri də daxil olmaqla, insanlar arası münasibətlərə böyük təsiri olduğu həqiqəti cəmiyyətdə tez-tez işlənir və təhlil olunur.

Və maraqlıdır ki, adətən bu məsələdə uşaqlar, yeniyertmələr günahkar bilinir. Ancaq ekspertlər belə hesab etmir.

Türkiyəli mütəxəssis, dr. Esra Cizməçi sözügedən problemdə valideynlərin güman edildiyi qədər məsum olmadığını bildirir.

Onun sözlərinə görə, əslındə uşaqlar və gənclər ailələri ilə vaxt keçirmək üçün səssiz bir qışqırıq içərisindədir. Ancaq günün yorğunluğunu sosial media kimi mühitlərdə çıxarmağa, ya da internetdə gəzişərək dincəlməyə üstünlük verən valideynlərin uşaqları ilə məşğul olmaq istəmirlər.

Özləri internetdən istifadə etmələri ilə övladlarına pis nümunə olan valideynlər uşaqlarını media asılılığına itələyir.

Uşaqlar bunu görür və "valideynlər bizləri internet asılılığında ittiham edir, özlərinin isə əllərindən telefon, planşet düşmür", deyə parentsonphone etiketi ilə bu vəziyyəti tam nümayiş edən fotolar paylaşırlar.
Həmin fotoların altından isə "kimsə mənimlə maraqlanmır, darıxıram" kimi ifadələr işlədilir. Bu da, onun başına gələ biləcək təhlükələrin ilk siqnalı ola bilər.
XXI yüzillik sürət əsridir. Bu gün hara baxsaq hər kəsin işə, evə, məktəbə tələsdiyini görürük. Bu qaçaqaç və intensiv şəhər həyatı həyatı həm valideynlərin, həm də uşaqların vaxtının çoxunu alır. Evə gəldikdə isə ailə üzvlərinin bir yerə toplandığı otaqda kimi televiziyadakı seriallar içərisində itir, kimi ağıllı telefonu ilə xarici dünyaya bağlanır, kimi isə kompüteri vasitəsilə iş görür...

Dr. Esra Cizməçinin sözlərinə görə, bunun əksi olmalıdır: "Axşam ailə üzvlərinin birlikdə faydalı tədbirlər görməsi, maraqlı söhbətlər etməsi böyük əhəmiyyət daşıyır. Əlbəttə bu tədbirləri görərkən media texnologiyalarından həqiqətdən uzaq durmaq lazımdır".