Dünən günün ikinci yarısında Bakıda Bakıxanov bazarından üzü “Neftçilər” metrostansiyasına gedən yolda ağır yol qəzası baş verib. Dünən günün ikinci yarısında Bakıda Bakıxanov bazarından üzü “Neftçilər” metrostansiyasına gedən yolda ağır yol qəzası baş verib.

Bakıda qorxunc qəza - Video

Dünən günün ikinci yarısında Bakıda Bakıxanov bazarından üzü “Neftçilər” metrostansiyasına gedən yolda ağır yol qəzası baş verib.

AzNews.az Avtosfer.az -a istinadən xəbər verir ki, “Toyota” markalı, 90 ZC 130 dövlət nömrə nişanlı avtomobillə “BMW” markalı avtomobil “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında toqquşub.

Toqquşmadan sonra “Toyota”nın mühərrik yerində yanğın baş verib. Daha sonra yanğın “BMW”yə keçib. Hadisə yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verdiyi üçün təhlükəli anlar yaşanıb. Partlayış baş verməməsi üçün yanacaqdoldurma məntəqəsinin işçiləri yanğının qarşısını almağa çalışıblar.