Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Çovdarovun məhkəməsində həbsdə olan digər MTN generalı ifadə verdi

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş qismində "Texmarin LTD" şirkətinin (gəmi təmiri ilə məşğul olan şirkət) sahiblərindən olan Səhrab Allahverdiyev ifadə verib.

Günün ikinci yarısında keçirilən prosesdə zərərçəkmiş "Texmarin LTD" şirkətinin rəhbəri Arif Həsənovun epizodu üzrə şahid qismində keçmiş MTN generalı, hazırda həbsdə olan Sübahir Qurbanov, Fizuli Əliyev və Natiq Aliyev ifadə veriblər.

Onlar ifadələrində A.Həsənovun dediklərini təkzib ediblər. Bildiriblər ki, zərərçəkmiş A.Həsənovdan pul almayıblar.

Məhkəmənin növbəti iclası martın 13-nə təyin edilib.

Xatırladaq ki, S.Allahverdiyev istintaqa verdiyi ifadəsində bildirib ki, 2015-ci ilin yanvar ayının 16-da tanımadığı nömrədən ona zəng gəlib və həmin şəxs özünü MTN əməkdaşı Füzuli Əliyev olduğunu deyərək, nazirliyin inzibati binasına çağırıb. MTN-də ondan 1 milyon manat pul istəyiblər. Daha sonra isə o, 500 min manat pul verdiyini söyləyib.