Mərkəzi Seçki Komissiyası (MSK) maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara müraciət edib. Mərkəzi Seçki Komissiyası (MSK) maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara müraciət edib.

Məzahir Pənahovdan siyasi partiyalara - Xəbərdarlıq

Mərkəzi Seçki Komissiyası (MSK) maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara müraciət edib.

Trend-in məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında Komissiyanın sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib.

Onun sözlərinə görə, problemin yaranma səbəblərindən biri də bir sıra partiya sədrlərinin səlahiyyət müddətinin başa çatmasıdır.

M.Pənahov qeyd edib ki, həmin partiyalar qanunvericiliyə uyğun olaraq yenidən sədrlərini seçməli və səlahiyyətli şəxs maliyyə hesabatını təqdim etməlidir:

“Biz yenə də dözümlü mövqe nümayiş etdirərək çalışacağıq ki, partiyaların hamısı maliyyə hesabatlarını versinlər. Biz bir daha siyasi partiyalara müraciət edirik ki, maliyyə hesabatlarını təqdim etsinlər".

AzNews.az