Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Cəlilabadda maşın atı vurdu, 2 nəfər xəsarət aldı

Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində, Cəlilabad Diaqnostik Mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, "90-BK-347" dövlət qeydiyyat nişanlı “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən yolun kənarında duran atı vurub. Nəticədə heyvan ölüb. Qəza zamanı atın sahibi və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.