- Qərb
- 4 May 23:00
- 1 530
Tramp İranı hədələdi: "Yer üzündən silərəm"!
ABŞ Prezidenti Tramp sosial media hesabında Hörmüz boğazındakı son vəziyyətlə bağlı öz fikirlərini bildirib.
Tramp neytral ölkələrdən olan gəmilərin ABŞ gəmiləri ilə koordinasiyalı şəkildə boğazdan keçməsinə icazə verməyi hədəfləyən "Azadlıq layihəsi" adlandırdığı layihəyə istinad edərək, İranın son hücumunun bu layihəyə qarşı yönəldiyini iddia etdi.
ABŞ prezidenti bildirib ki, "İran "Azadlıq Əməliyyatı" ilə əlaqədar olaraq, Cənubi Koreyanın yük gəmisi də daxil olmaqla, əlaqəsiz ölkələrə bəzi hücumlar həyata keçirib. Biz həmçinin yeddi kiçik qayığı və ya onların dediyi kimi, sürətli qayıqları vurduq".
Tramp Cənubi Koreya gəmisindən başqa heç bir gəminin zədələnmədiyini və bu ölkənin İran məsələsində ABŞ-ı dəstəkləməsinin vaxtı çatdığını bildirib .
Tramp həmçinin bildirib ki, müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mayın 5-də Vaşinqtonda Hörmüz boğazı ilə bağlı son vəziyyəti müzakirə etmək üçün mətbuat konfransı keçirəcəklər.
AzNews.az