Yasamal rayonunda soyğunçuluqla məşğul olan şəxs saxlanılıb. Yasamal rayonunda soyğunçuluqla məşğul olan şəxs saxlanılıb.

Özünü polis kimi təqdim etdi - 120 manat aldı

Yasamal rayonunda soyğunçuluqla məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumarta görə, aprelin 9-da saat 2 radələrində Yasamal rayonunun M.Muxtarov küçəsində naməlum şəxs özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan qadının cibindəki 120 manatı soyğunçuluq yolu ilə alıb.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Anar Bədəlov tutulub.