Xəlil Rzanın həyat yoldaşı Əkrəm Əylisliyə səsləndi

Bilindiyi kimi, Yazıçılar Birliyi xalq yazıçısı Əkrəm Əylislinin "Daş yuxular"ı romanı ilə əlaqədar verdiyi bəyanatda Azərbaycanın bir necə tanınmış simalarının-Xəlil Rza Uluturk, Səməd Vurğun, İsa Hüseynov və başqalarının təhqir olunduğunu iddia edib.

AzNews.az-a açıqlamasında xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkün fikrincə, yazıçının Azərbaycan xalqına bu cür yanaşması düzgün deyil: "Yıxılan adamlar samandan tuturlar. Mən Xəlil Rza ilə Əkrəm Əylislini yaxın olduğunu heç zaman görməmişəm. O, yazıçı, bu şair... Bunları nə bağlaya bilər ki ..? Mən əsəri oxumamışam, nə də məlumatım yoxdur. Amma Azərbaycan xalqına bu cür yanaşmaq düzgün deyil".

Bahar Rüstəmli
AzNews.az