Dövlət İmtahan Mərkəzi “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət ünvanlayıb. Dövlət İmtahan Mərkəzi “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət ünvanlayıb.

Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət etdi - bu ixtisaslara görə

Dövlət İmtahan Mərkəzi “Uçuş mühəndisliyi” və “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət ünvanlayıb.

AzNews.az Mərkəzin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2017/2018-ci tədris ili üçün Milli Aviasiya Akademiyasının (MAA) tələbə qəbulu qaydalarına müvafiq olaraq, MAA-nın 050616 kodlu “Uçuş mühəndisliyi” və 050615 kodlu “Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi" ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər Heydər Əliyev Beynəlxalq Hava Limanı Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasının Həkim-uçuş ekspert komissiyasında xüsusi tibbi müayinədən və “Psixoloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsindən, MAA-da isə “Fiziki hazırlıq üzrə” qabiliyyət müsabiqəsindən keçməlidirlər.

Abituriyentlərin tibbi müayinəsi 03 aprel – 12 may 2017-ci il, “Psixoloji peşə seçimi” üzrə qabiliyyət müsabiqəsi isə 10 aprel – 12 may tarixlərində Heydər Əliyev Beynəlxalq Hava Limanı Tibbi Sanitar İdarəsinin Aviasiya Poliklinikasında şənbə və bazar günləri istisna olmaqla hər gün saat 9:00-dan 16:00-dək keçiriləcəkdir. Xüsusi tibbi müayinədən keçmiş abituriyentlər arasında “Fiziki hazırlıq üzrə” qabiliyyət müsabiqəsi isə 2017-ci ilin 22 aprel, 29 aprel və 05 may, 13 may tarixlərində MAA-da saat 9:00-dan başlayaraq aparılacaqdır.