Aprelin 13-də Bakıda Berlinin rəmzi sayılan “Baddi ayısı” heykəlinin açılışı olub. Aprelin 13-də Bakıda Berlinin rəmzi sayılan “Baddi ayısı” heykəlinin açılışı olub.

Bakıda “Baddi ayısı”na heykəl qoyuldu - Foto

Aprelin 13-də Bakıda Berlinin rəmzi sayılan “Baddi ayısı” heykəlinin açılışı olub.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Almanıyanın Azərbaycandaki səfiri Mixael Kindsqrab ölkələrimiz arasında iqtisadi, mədəni sahələrdə əlaqələri yüksək qiymətləndirib. Səfir hökumətlər və parlamentlər arasında əməkdaşlığın inkişaf etdiyini bildirib. O, Almaniya ilə Azərbaycan arasında münasibətlərin 25 ili ərzində əlaqələrin daha da inkişaf etdirilməsi üçün gözəl bünövrə yarandığını deyib.

“Ümid edirəm ki, “Baddi ayısı” heykəli ölkələrimiz arasında dostluq rəmzi olacaq. Bu heykəl, həmçinin gözəlliyi ilə Bakı sakinlərinin və turistlərin marağına səbəb olacaq”.

image description image description image description