"Qalib Qrup MMC" Azərbaycanlı iş adamı Qalib Mustafayevin itlərinə toy etməsi ilə bağlı yayılan videoya aydınlıq gətirib. "Qalib Qrup MMC" Azərbaycanlı iş adamı Qalib Mustafayevin itlərinə toy etməsi ilə bağlı yayılan videoya aydınlıq gətirib.

İş adamının itlərinə toy etməsi ilə bağlı açıqlama: “Bizim buna haqqımız yoxdur?”

"Qalib Qrup MMC" Azərbaycanlı iş adamı Qalib Mustafayevin itlərinə toy etməsi ilə bağlı yayılan videoya aydınlıq gətirib.

Qrumun baş direktoru Fuad Vəliyev AzNews.az-a açıqlamasında bildirib ki, sözü gedən video montaj olunub:

“Stolun üstündəki tort başqa bir məclisdə olub. Tortla məclisin heç bir aidiyyatı yoxdur. Video montaj olunub. 4-5 nəfər oturub yemək yemişik. Bu qədər ağ yalan olar? Bütün dünyada itlərə paltar alırlar, kostyum geyindirənlər də var. Biz iş adamıyıq, 1200 nəfər adamı dolandırıq. Burada bizim zəngin istehsalatımız var. Prezidentin dəstəyi ilə çalışırıq ki, yeni iş yerləri açaq. Təəssüf ki, bunu gözləri götürməyən adamlar var. Biz işdən çıxardığımız insanlar var. Bütün bunlar da onların işidir.”

Fuad qeyd edib ki, adı itlərə toy etməkdə hallanan Qalib Mustafayev sahibkardır, şirkəti yaradan şəxsdir: “Biz onun işçiləriyik. Özümüz də zavodun həyətində oturmuşuq. Biz Azərbaycan bazarında sözümüzü demişik. Niyə ondan yazmırlar?”

Bahar RÜSTƏMLİ

AzNews.az