Gəncədəki adsız küçələrə şəhidlərin adının verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib Gəncədəki adsız küçələrə şəhidlərin adının verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib

Elmar Vəliyev Nazirlər Kabinetinə nə üçün müraciət etdi?

Gəncədəki adsız küçələrə şəhidlərin adının verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib





Gəncədə adsız küçələrə yeni adların verilməsi yaxın zamanlarda tamamlanacaq. APA-ın Qərb bürosunun verdiyi məlumata görə bu barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bildirib. Onun sözlərinə görə, şəhərdə 200-ə yaxın küçə adsızdır. Bu da bir sıra çətinliklərin yaranmasına gətirib çıxarır. E. Vəliyev qeyd edib ki, küçələrə yeni adların verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edilib və yaxın vaxtlarda bu məsələ həllini tapacaq. Bu küçələrə torpaqlarımızın suverenliyi uğrunda şəhid olanların adları veriləcək.

Artıq rayon bələdiyyələri ilə icra hakimiyyəti aparatı bu istiqamətdə birgə iş aparır, lövhələrin hazırlanma işi gedir. Yaxın 3 ay ərzində küçələrin hamısına yeni adların əks olunduğu lövhələr vurulacaq.

AzNews.az