"İtlərin toyunda oxuyan aşıq Birliyin üzvü deyil"- AÇIQLAMA

Azərbaycan Aşıqlar Birliyi gədəbəy rayonunda iş adamı Qalib Mustafayevin itləri Amonla İsidanın toy məclisini edən Aşıq Şəmmətlə bağlı bəyanaq yayacaq.

Bu barədə AzNews.az-a Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı bildirib. Onun sözlərinə görə, Aşıq Şəmmət onun rəhbərlik etdiyi birliyin üzvü deyil:

“Yazırlar ki, guya Şəmməd Aşıqlar Birliyinin üzvüdür. Yalandır, onun bizim birliyə heç bir aidiyyatı yoxdur. O, küçə adamıdır, çayxana oxuyanıdır. Onun Aşıqlar Birliyində nə işi? Xahiş edirəm ki, mətbuat belə adamları bizim adımızla hallandırmasınlar. Birlik olaraq bu hadisəyə münasibətimiz çox pisdir. Əgər o, Aşıqlar Birliyinin üzvü olsaydı, biz ona ən ağır cəza verərdik. Gərək bu k...... birliyin üzvü olsun ki, biz ona cəza verək.”

Məhərrəm Qasımlı qeyd edib ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edə bilmir:

“Məhkəmə qanunla olmalıdır. Bizim qanunlarda yazılmayıb ki, itə toy etmək olmaz. Onu cəzalandırmağa qanun bizə imkan vermir. Deyəcək ki, azad sənətkaram, nə istəyirəm onu da edirəm. Axırda biz borclu qalacayıq.”

Professor hesab edir ki, onu cəzalandırmağın bir yolu var:

“O da ictimai qınaq, vəssalam. Hər yoldan ötən əlinə bir odun parcası götürəcək, deyəcək ki, aşıqdır. Aşıqlar Birliyi bu hadisəni pisləyir.”

Gədəbəy rayonunda iş adamı Qalib Mustafayev itləri Amonla İsidaya toy edib. Həmin məclisi isə Aşıq Şəmmət aparıb.

Bahar RÜSTƏMLİ

AzNews.az