Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib. Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib.

Moskva və Sankt-Peterbuqrdan Lənkərana birbaşa aviareys açılır

Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib.

"APA-Economics" xəbər verir ki, uçuşları "Severnıy veter" (Şimal küləyi) aviaşirkəti yerinə yetirəcək. Bildirilir ki, aviaşirkət həftədə 3 dəfə Lənkərana uçacaq.

Bundan başqa, şirkət Moskva və Sankt-Peterburq şəhərindən də Lənkərana uçuşlar yerinə yetirmək niyyətindədir.

Qeyd edə ki, hazırda Yekaterinburqun "Koltsovo" hava limanından Bakıya birbaşa aviareys mövcuddur. Aviareysi "Uralskiye pelmeni" aviaşirkət yerinə yetirir.

AzNews.az