"Mədəniyyətlər və sivilizasiyalar arasında dialoq sülh üçün əsas şərtdir". "Mədəniyyətlər və sivilizasiyalar arasında dialoq sülh üçün əsas şərtdir".

“Bu, azərbaycanlıların adi həyat tərzi olub” - Leyla Əliyeva

"Mədəniyyətlər və sivilizasiyalar arasında dialoq sülh üçün əsas şərtdir".

"Report" xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Davamlı cəmiyyət üşün ərzaq təhlükəsizliyi və mədəniyyətlərarası dialoq: davam edən inkişaf və sülhün təmin edilməsi üçün əsas elementlər" panelində deyib.

Onun sözlərinə görə, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin bir yerdə dinc yaşadığı məkan olub: "Bu, azərbaycanlıların adi həyat tərzi olub".

L.Əliyeva təəssüflə qeyd edib ki, XXI əsrdə 870 milyon insan aclıq və qeyri-kafi bəslənmədən əziyyət çəkir, eyni zamanda, istehsalın üçdə biri tullantı kimi atılır.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün səy göstərməlidir: "Heç bir ölkə qida problemi təkbaşına həll edə bilməz. Bu, daimi dialoq tələb edir".

Çıxışı zamanı L.Əliyeva rəhbəri olduğu IDEA təşəbbüsünün fəaliuyyətindən danışıb. Həmçinin o, Kürün deltasındakı fəaliyyətdən, ağaclar əkilməsi və digər təşəbbüslərdən bəhs edib. "Hamımız eyni planet yaşayırıq, hamımızın bir gələcəyi var", - o bildirib.

AzNews.az