Qadınların çantalarından oğurluq edənlər tutuldu

Nəsimi rayonunda çantadan pul oğurlayan şəxslər tutulub.

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 26-da paytaxt sakini L.Nurəliyevanın çantasından 500 manat pul və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Gözəlli və Ağsu rayon sakini Orxan İmanov tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların aprelin 13-də A.Quliyevanın çantasından mobil telefon oğurlamaları da müəyyən edilib.