- Köhnə - Cəmiyyət
- 30 May 2017 23:03
- 5 231
Nağıl qalmaqala səbəb oldu - Video
"Göy muncuq" adlı nağıl bir neçə gündür sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.
AzNews.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, nağılın qəhrəmanı olan qız düyünün içindən çıxan göy muncuğu udur və hamilə qalır. Dünyaya gətirdiyi oğlan uşağına da "Göy muncuq" adı qoyulur.
Sosial şəbəkələrdə nağıl qınanır, bunu oxuyan uşaqlar üçün yaxşı təsir bağışlamadığı, onların yaş xüsusiyyətlərinə uyğun gəlmədiyi vurğulanır.
Məsələ ilə bağlı Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri Seyfəddin Rzasoy bildirir ki, folklor nümunələri uşaq və böyüklər auditoriyası üçün qruplara bölünür. Bu nağıl uşaqlar üçün yox, böyüklər üçündür.
Seyfəddin Rzasoy deyir ki, nağılda göy muncuqdan dünyaya gələn oğlan sonra qəhrəmana çevrilir, insanların pis əməllərinin qarşısını alır. Folklor elmində buna möcüzəvi doğuş motivi deyilir.
Bu nağılın yer aldığı kataloq da sırf böyüklər üçün nəzərdə tutulub və bu nağılı uşaqlara aid etmək doğru deyil. Ona görə də problemi nağılda deyil, onun auditoriyasının düzgün seçilməməsində görmək lazımdır. Yəni valideynlər azyaşlı övladları üçün nağıl kitabı alarkən onun məzmununa fikir verməlidirlər.