- Köhnə - Cəmiyyət
- 1 İyun 2017 16:37
- 4 776
Əziz Orucovun barəsində cinayət işi açıldı
“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun barəsində cinayət işi başlanılıb.
Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, Ə. Orucovun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə istintaq aparılır. Hazırda Ə. Orucov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılır.
AzNews.az