Mobil telefonların ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb. Mobil telefonların ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb.

Mobil telefonları gömrükdən qanunsuz keçirməyə çalışdı

Mobil telefonların ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb.

AzNews.az DGK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz C280” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilən gizli saxlanc yerindən 13 ədəd “Samsung Galaxy J1 mini prime” və 10 ədəd “Samsung Galaxsy J1” markalı mobil telefonar, 8 ədəd qidalandırıcı başlıq, 6 ədəd qulaqcıq, 6 ədəd USB kabel və 6 ədəd qidalandırıcı cihaz aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.