- Köhnə - Cəmiyyət
- 2 İyun 2017 21:27
- 6 607
"Azərsu" ASC-nin əməkdaşı faciə şəkildə həyatını itirib

Xəzər rayonunda bədbəxt hadisə baş verib. Azərsu ASC-nin işçisi, 1986-cı il təvəllüdlü Kərimov Teymur Əliağa oğlu ölüb.
AzNews.az Sputnik.az-a istinadən xəbər verir ki, Kərimov elektrik işlədiyi Zirə qəsəbəsində təmir işləri aparmaq üçün elektrik dirəyinə dırmaşıb. Elektrik dirəyi yıxılıb və elektrik də onunla birlikdə yıxılaraq ölüb.
Azərsu-nun isə işçisinin ölümündən xəbəri yoxdur. Lakin əməkdaşımızla söhbətində Azərsu-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib ki, ailə başçısının itirilməsi ilə əlaqədar olaraq Kərimovlar ailəsinə maddi kömək göstərilə bilər. Çünki ASC-də belə bir praktika mövcuddur. Lakin maddi köməyin həcmi ilə bağlı Anar Cəbrayıllı heç nə deməyib.