Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğuı olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb. Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğuı olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb.

Bakıdakı sərnişindaşıma şirkətləri birləşdirilir

Paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğuı olan fiziki və hüquqi şəxslərin birləşdirilməsi prosesinə başlanılıb.

Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AzNews.az-a birləşmə prosesinin daşıyıcıların istəyinə əsasən həyata keçirildiyini bildirib: “Məqsəd, müntəzəm marşrut xətlərinin müvəqqəti istismarı ilə məşğul olan daşıyıcıların sayının azaldılması yolu ilə bu sahədə nəzarət mexanizminin gücləndirilməsi və operativliyin artrılmasıdır.

Birləşmə prosesi çərçivəsində ilkin olaraq, 105 (Qara Qarayev pr. – Balaxanı qəs.), 146 (Yeni Suraxanı qəs. – Şüvəlan qəs.), 204 (“Koroğlu” metrostansiyası – Yeni Suraxanı qəs), 213 (“Qara Qarayev” metrostansiyası – Surxanı qəs.), 216 (“Koroğlu” metrostansiyası – Yeni Suraxanı qəs.) nömrəli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən 5 fiziki şəxs maddi-texniki bazalarının qənaətbəxş səviyyədə olmaması səbəbindən birləşərək vahid daşıyıcı “6 Dost” MMC adı altında fəaliyyət göstərəcək. Sərnişindaşıma sahəsində göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə təsis edilən “6 Dost” MMC müvafiq maddi-texniki bazayla, avtonəqliyyat vasitələrilə, “D” kateqoriyalı sürücü heyətilə təmin edilib”.

Qeyd edək ki, Bakı şəhəri üzrə marşrut sxemləri və hərəkət qrafiklərinin optimallaşdırılması işləri çərçivəsində hazırki vəziyyətdə daşıyıcıların maddi-texniki bazaları təhlil olunmaqla onların da birləşdirilməsi prosesi davam etdiriləcək. Məlumat üçün onu da bildirək ki, daşıyıclar qarşısında istehsalat bazalarının yenilənməsi ilə bağlı qoyulan tələb də yerinə yetirilməkdədir. Artıq 10 marşrut xəttinin istimarını həyata keçirən “Çinar-Trans” MMC və 5 marşrut xəttinin istismarını həyata keçirən bir fiziki şəxs yeni müasir standratlara uyğun istehsalat bazasında fəaliyyət göstərməkdədir.