Dövlət İmtahan Mərkəzi "Facebook" istifadəçilərinə müraciət edib. Dövlət İmtahan Mərkəzi "Facebook" istifadəçilərinə müraciət edib.

DİM-dən "Facebook" istifadəçilərinə - Xəbərdarlıq

Dövlət İmtahan Mərkəzi "Facebook" istifadəçilərinə müraciət edib.

DİM-dən AzNews.az-a verilən məlumata görə, aparılan araşdırmalar və mərkəzin səhifəsinə ünvanlanmış çoxsaylı müraciətlər əsasında "Facebook" sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzi adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi məlum olub: “Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də DİM-in fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir, vətəndaşlar tərəfindən ünvanlanmış suallara səhv cavablar yazılır.

Nəzərinizə çatdırırıq ki, DİM-in bu səhifədən (https://www.facebook.com/stateexamcenter/ ) başqa heç bir rəsmi Facebook səhifəsi fəaliyyət göstərmir. Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, DİM adı ilə yaradılmış saxta Facebook səhifələrindən istifadə etməyəsiniz”.