İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub.

İTV-nin iki departament rəhbəri işdən çıxarıldı - Təyinatlar

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub.

AzNews.az BakuPost.az-a istinadən xəbər verir ki, şirkətin informasiya departamentinin direktoru Telman Məmmədov (Nəzərli) vəzifəsindən çıxarılıb. Onun yerinə departamentin direktor müavini Ələsgər Vəliyev təyin edilib.

Məlumat üçün bildirək ki, T.Məmmədov Prezident İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində xidmətlərinə görə "Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Daha bir dəyişiklik isə Gənclər, elm və təhsil departamentində olub. Məlumata görə, departamentin rəhbəri Zaur Mahmudov postundan uzaqlaşdırılıb. Bu vəzifəyə "Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru Rauf Rəcəbov gətirilib.